Bank Of Baku

«Azeronline» tariflərini endirib

«Azeronline» tariflərini endirib
# 12 fevral 2009 10:46 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «Azeronline» İnternet provayderi korporativ ADSL xidmətlərinin qiymətlərini endirib.
Şirkətin baş ofisindən «APA-Economics» verilən məlumata əsasən, bu aydan etibarən üç ay öncədən ödəniş həyata keçirmiş İnternet istifadəçisi istənilən ADSL kanalına hər ay 10 manat dəyərində güzəşt əldə edəcək. Belə ki, 40 manatlıq tarif paketini üç aylıq istifadəsini qabaqcadan əldə etmək istəyən abunəçi 120 manat deyil, 90 manat ödəməlidir.
Şirkətin yeni şərtlərlə aylıq abunə haqqı 256/256 Kbit/s-dən 2048/1024 Kbit/s-dək sürətdən asılı olaraq 40-320 manat təşkil edir.
Bununla yanaşı, şirkət korporativ xidmətlər çərçivəsində göstərilən hostinqin qiymətini 40%-dək endirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR