Bank Of Baku

«Azərsu» işıq pulu borcunun tədricən ödənilməsi ilə bağlı «Sumqayıtelektrikşəbəkə» ilə danışıqlar aparır

«Azərsu» işıq pulu borcunun tədricən ödənilməsi ilə bağlı «Sumqayıtelektrikşəbəkə» ilə danışıqlar aparır
# 12 fevral 2009 12:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərsu» SC «Sumqayıtelektrikşəbəkə» ASC ilə istehlak edilmiş elektrik enerjisinə görə borcların tədricən ödənilməsi və bu müddətdə su təchizatı müəssisələrinin enerji təchizatının dayandırılmamasına dair danışıqlar aparır. Bu barədə «APA-Economics»ə «Azərsu» SC-nin mətbuat və ictimai əlaqələr şöbəsinin müdiri Aqşin Rüstəmov məlumat verib.
A.Rüstəmovun sözlərinə görə, qurum «Sumqayıtelektrikşəbəkə»yə 2008-ci ilin yanvar ayında cəmi 131,7 min manat ödədiyi halda, bu ilin yanvarında ödənilmiş vəsait 415,1 min manat olub: «İstehlak edilmiş elektrik enerjisinə görə ödənişlər ilbəil artır. Bununla belə «Azərsu»nun külli miqdarda borcunun olması faktı var, bu da əhali kateqoriyası üzrə su və kanalizasiya xidmətləri üzrə ödənişlərin aşağı səviyyədə olması ilə bağlıdır».
Qeyd edək ki, 2008-ci ildə su və kanalizasiya xidmətləri üzrə yığım 67,6%, o cümlədən əhali kateqoriyası üzrə 46,7% təşkil edib. «Azərsu»nun bütün abonentlərinin 81%-i əhali kateqoriyasındandır.
«Azərsu» 2007-ci ildə «Sumqayıtelektrikşəbəkə» ASC-yə 1,3 mln. manat, 2008-ci ildə isə bundan 3,1 dəfə çox, 4,2 mln. manat vəsait ödəyib.
Xatırladaq ki, hazırda Azərbaycanda 1 kubmetr suyun əhaliyə satış qiyməti 18 qəpik, kanalizasiya xidmətləri üzrə ödəniş isə 4 qəpikdir (cəmi 22 qəpik). Sayğacsız mənzillərdə isə adambaşına aylıq su normativi 6 kubmetr və ya 1,32 qəpik müəyyənləşdirilib.
Xatırladaq ki, «Sumqayıtelektrikşəbəkə» ASC istehlak etdiyi elektrik enerjisinin dəyərinin xeyli hissəsini ödəmədiyindən «Azərsu»nun içməli su təchizatı müəssisələrinin enerji təchizatını fevralın 16-sı saat 15:00-dan tam dayandıracağı barədə xəbərdarlıq edib.
Elektrik enerjisindən istifadəyə görə «Azərsu» müəssisələrinin 2007-ci il ərzində 12 376,2 min manat, 2008-ci ildə 8 646,65 min manat, 2009-cu il yanvar ayında 510,16 min manat, ümumilikdə isə 1 oktyabr 2002-ci ildən 31 yanvar 2009-cu il tarixə kimi 47 101,64 min manat debitor borcu yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR