Bank Of Baku

«Nokia» istehsalı dayandırır

«Nokia» istehsalı dayandırır
# 12 fevral 2009 13:54 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Finlandiyanın «Nokia» şirkəti tələbatın azalması ilə bağlı Salo şəhərində (Qərbi Avropa) yerləşən zavodda mobil telefonların istehsalını azaltmaq qərarına gəlib. İstehsalçı mobil bölməsinin illik istehsal xərclərini 700 mln. avro azaltmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bu zavod şirkətin Qərbi Avropada ən böyük bölməsidir. Müəssisənin 2,5 min işçisinin hamısı ödənilməyən məzuniyyətə göndəriləcək, zavod isə fəaliyyətini qismən davam etdirəcək.
Bu müəssisə yüksək texnologiyalı bahalı modellər istehsal edir və 1995-ci ildən fəaliyyət göstərir. Bu, şirkətin bağladığı ilk zavod deyil: ötən il şirkətin Almaniyada yerləşən zavodu da bağlanılıb. Ötən ilin noyabrında isə Turku şəhərindəki (Finlandiya) müəssisəsini də bağlayacağını elan edib.
Bununla yanaşı, «Nokia» ilin sonuna kimi Yuvəskilu şəhərində yerləşən tədqiqat laboratoriyasını bağlamaq niyyətindədir. İxtisarlar Tamperi, Salo, Helsinki və Ouluda yerləşən tədqiqat mərkəzlərinə aid olmayacaq.
Ötən ilin son rübündə «Nokia»nın mənfəəti 2007-ci ilin son rübündə qazanılmış 1,84 mlrd. avro ilə müqayisədə 69% və ya 576 mln. avroyadək azalıb.
Qeyd edək ki, 2008-ci ildə dünya üzrə 1,21 mlrd. mobil telefon satılıb və bu, 2007-ci illə müqayisədə 5,4% çoxdur. Bu ilin I rübündə satışın 18%, 2009-cu ilin nəticələrinə görə isə təqribən 9-10% azalacağı gözlənilir.
Bəzi analitiklərin fikrincə, ümumi bazardan fərqli olaraq, 2009-cu ildə smartfonların satışının 10-20% artacağı proqnozlaşdırılır. Digərlər ekspertlər isə bu proqnozun real olmadığını vurğulayırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR