Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal kompleksinin açılışı olub
N.Həsənovun sözlərinə görə, bundan sonra Bakıdan rayonlara, eləcə də xarici ölkələrə sərnişin avtobusları yeni avtovağzaldan yola düşəcək, eyni zamanda paytaxta gələn avtobuslar bu avtovağzala qəbul ediləcək. Bakı-Sumqayıt-Bakı marşrut avtobusları da indiyədək olduğu kimi «20 Yanvar» metro stansiyasının qarşısından deyil, yeni avtovağzaldan yola düşəcək.
Nazirlik rəsmisi əhalinin avtovağzaldan istifadəsində çətinliyin yaranmaması üçün bir sıra marşrutların hərəkət sxemində dəyişikliklərin edildiyini deyib. Həmçinin, avtovağzala şəhərin mərkəzindən 284 saylı yeni bir marşrut açılacaq.
Qeyd edək ki, avtovağzal kompleksinin tikintisinə 2004-cü ilin may ayından başlanıb. Kompleksdə 110 min kubmetrdən çox dəmir-beton, şüşə-metal konstruksiya sisteminin yaradılmasında 1600 ton metal və 24 min kv. metr şüşə lövhələrdən istifadə edilib.
Kompleksdə istifadə olunan materiallar və quraşdırılan avadanlıqlar Almaniya, İtaliya, Yaponiya, Koreya, İsveçrə, Fransa, Ukrayna, Türkiyə, İran, Çin, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və digər ölkələrə məxsus şirkətlərin istehsalıdır. Bakı-Sumqayıt yolunun şərqində 21,39 hektarlıq sahəni əhatə edən avtovağzal kompleksi gün ərzində 18-20 min sərnişinə xidmət etmək, 800-950 avtobusu qəbul edib yola salmaq gücünə malikdir.
Ümumi sahəsi 170 min kv. metr ərazini əhatə edən avtovağzal kompleksinə 700 yerlik avtomobil dayanacağı, I, II, III və IV mərtəbədə yerləşən ticarət mərkəzi, III mərtəbədə yerləşən avtobus platforması, habelə sərnişin avtobuslarının dayanması üçün meydançalar, ana və uşaq otağı, poçt, teleqraf, bank, rəsmi şəxslər üçün xüsusi xidmət otağı, gözləmə zalları, kafe və yeməkxanalar, yük saxlama kameraları, oyun zalı, tibb məntəqəsi, 5 mərtəbəli 93 yerlik 4-ulduzlu mehmanxana daxildir.
Kompleksdə 14 eskalator və 10 lift quraşdırılıb. Kompleksdə müasir istilik və soyutma, ventilyasiya, video-müşahidə, siqnalizasiya, işıqlandırma sistemləri quraşdırılıb və proqramlaşdırılıb. Bütün bu sistem mərkəzləşdirilərək kompüterlə vahid məntəqədən idarə olunur.
Avtovağzal kompleksinə daxil olan texniki servis mərkəzi və yanacaqdoldurma stansiyası 24 saat ərzində xidmət göstərəcək. Qış mövsümündə platforma hissəsinə qalxan körpülərin üzərinin buz bağlamasının qarşısını almaq üçün qızdırıcı sistemlə təmin edilib.
İnfrastruktur
“Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” QSC-lərin nizamnamələri təsdiqlənib
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutub: Təbiət və şəhər həyatının harmoniyası - FOTO
Deputat yollarda standartlara uyğun olmayan nişanlanma və cərimələrdən narazıdır
Xəbər Lenti
KİV: Uitkoff İranla danışıqlarda iştirak etmək üçün İsveçrəyə yollanır
Makron Aİ-dən kənarda miqrantların geri qaytarılması mərkəzlərinin yaradılmasına qarşı çıxıb
Koşta: Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb
DÇ-2026: Braziliya 3 xalı 3 qolla qazanıb
Fon der Lyayen: Aİ hərbi sənayesi Avropa Komissiyasının nəzarətində olmalıdır
Pistorius Litvadakı Bundesver briqadası üçün kifayət qədər könüllü tapa bilmir
Tramp: Ukraynaya silah tədarükü xərclərini Avropa ölkələri qarşılamalıdır
DÇ-2026: Mərakeş Şotlandiyanı məğlub edib
Fransada nüvə silahlarının hazırlanmasına cavabdeh qurumun əməkdaşları tətil elan ediblər
ZDF: Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır
DÇ-2026: ABŞ millisi Avstraliyanı məğlub edib
Tramp: İsraili Livanla atəşkəsə şəxsən mən razı saldım
ABŞ kəşfiyyatı İsrailin Vaşinqton-Tehran razılaşmasına mane ola biləcəyindən narahatdır
Tramp: Rusiyanın iştirakı ilə G8 formatı saxlanılsaydı, Ukrayna böhranının qarşısı alına bilərdi
Times: Starmer yaxın günlərdə istefa verə bilər
Tramp Kubada Venesuela ssenarisinə oxşar əməliyyat keçirilməsi ehtimalını istisna etməyib
Tramp: Hörmüz boğazını hərbi yolla açmaq mümkün olmazdı
Niderland NATO üçün "MQ-9 Reaper" PUA-larından istifadə edəcək
Makron: Avropa İttifaqı Ukrayna üzrə danışıqlarda vasitəçi ola bilməz
Merz: Ukrayna müharibə vəziyyətində olduğu müddətdə Aİ üzvü ola bilməz
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
Fon der Lyayen İsraili Livanın suverenliyinə hörmət etməyə çağırıb
Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyini ziyarət edib
İstanbulda hava limanına gedən metro qatarı relsdən çıxıb
Zelenski: Tramp Rusiyaya qarşı sanksiyalara qayıdacağını və Ukraynaya yardımı artıracağını vəd edib
Zelenski Lukaşenkoya bir həftə vaxt verib
Dübəndi sahilində aşkarlanan neft qalıqları ərazidən kənarlaşdırılıb - FOTO - VİDEO
Rüstəm Minnixanov Prezident İlham Əliyevi təbrik edib
“TEAS Press”in keçirdiyi gənclərin roman müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
Çingiz Əsgərov Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə qərarını qəti şəkildə rədd edir
Balaxanı neftçiləri ADNSU-da Geologiya Elmləri üzrə Tədqiqat təqaüdü təsis etdilər - FOTO
DÇ-2026: Braziliya qələbə axtarışında
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
Ukrayna PUA-ları Moskvaya kütləvi hücum edib, 80-ə yaxın dron vurulub - YENİLƏNİB-1
Dövlət proqramının hədəfləri, fermerlərin gözləntiləri: Şəmkirdə keçirilən aqrar müşavirədən REPORTAJ
Aİ Rusiyanın ticarət məhdudiyyətlərinə görə Ermənistana 34 milyon avro ayırıb
Azərbaycan şahmatçısı Aydın Süleymanlı dünya çempionu Maqnus Karlseni məğlub edib - FOTO
Rəsmi Tehran: AEBA müfəttişlərinin nüvə obyektlərində təftiş aparması planlaşdırılmır
Caner Erkin karyerasını başa vurduğunu açıqlayıb
İsrail Livanı bombalayıb, 47 nəfər ölüb - YENİLƏNİB
İran XİN Hörmüz boğazının bağlanmasına dair xəbərləri təkzib edib
DİM: Sıfır bal toplayanlar ən çox riyaziyyat, coğrafiya və kimya fənləri üzrədir
Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb - FOTO
İran XİN: ABŞ-la yaxın günlərdə görüşün keçirilməsi üçün hazırlıq görülür
Elnarə Akimova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması zamanın tələbidir
Qəbul imtahanlarında abituriyentlərin 21.4%-i fənlərin ən azı birindən sıfır bal toplayıb
DİM: Azərbaycan və rus bölmələrində abituriyentlərin hazırlıq səviyyəsi arzuolunan deyil
MN-in Tibb İdarəsində müşavirə keçirilib