Bank Of Baku

Azərbaycan prezidenti Bakı-Rusiya sərhədi avtomobil yolunda inşa olunan iki yolötürücünün açılışında iştirak edib

Azərbaycan prezidenti Bakı-Rusiya sərhədi avtomobil yolunda inşa olunan iki yolötürücünün açılışında iştirak edib
# 12 fevral 2009 15:30 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə yolötürücülərin tikintisini həyata keçirən «Akkord İnşaat-Sənaye» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Körpü və tunel tipli yolötürücülərin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov yolötürücünün tikintisinə nazirliyin sifarişi ilə «Akkord» Şirkətlər Qrupu ötən ilin iyul ayında başladığını, tikintidə ən son texnologiyalara və yerli xammala üstünlük verildiyini vurğulayıb. Prezident görülən işləri yüksək qiymətləndirib və Bakı-Rusiya sərhədi yolunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qeyd edək ki, yolun 11-ci km-də - Xırdalan dairəsində təhvil verilən yolötürücünün uzunluğu yanaşma yollarla birlikdə 700 metr, eni 20 metr, tunelin hündürlüyü 5 metrdir, 4 hərəkət zolaqlı tunelin uzunluğu 50 metr, istinad divarlarının uzunluğu 440 metrdir. Bu yolötürücünün əsas funksiyası şimal istiqamətində gedib-gələn tranzit nəqliyyat vasitələrinin maneəsiz hərəkətinin təmin edilməsindən ibarətdir.
Yolun 16-cı km-də tikilən körpü-yolötürücü Xırdalan qəsəbəsindən Sumqayıt və Bakı istiqamətinə gedən avtomobillərin əsas magistralla müxtəlif səviyyəli kəsişməsini təmin edir. Üç aşırımlı yolötürücünün hündürlüyü 5 metr, eni 18 metr, yanaşma yollarla birlikdə uzunluğu 1500 metrdir. Hazırda Bakı-Quba-Rusiya sərhədi yolunun 16-134-cü km hissəsinin bütünlüklə tamamlanaraq təhvil verilməsi istiqamətində intensiv iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR