Bank Of Baku

Azərbaycanda rabitə tariflərinin dəyişdirilməsi ilə bağlı yeni təkliflər hazırlanır

Azərbaycanda rabitə tariflərinin dəyişdirilməsi ilə bağlı yeni təkliflər hazırlanır
# 13 fevral 2009 06:45 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ölkədə mövcud rabitə tariflərində dəyişikliklərin edilməsi ilə bağlı təkliflər paketi hazırlayır.
RİTN-dən «APA-Economics»ə verilən məlumata əsasən, təkliflərdə stasionar rabitə sahəsində telefon quraşdırılması üzrə tariflərin endirilməsi nəzərdə tutulur. Bununla yanaşı, beynəlxalq rabitə tariflərinin endirilməsinin mümkünlüyü ətrafında da müzakirələr aparılır.
Hazırda şəhər yerlərində telefon çəkilişi tarifləri istifadəçi kateqoriyasından və ATS-lərin növündən asılı olaraq 30-120 manat, kənd yerlərində isə 15-60 manat təşkil edir.
Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaxın illər üçün əsas məqsədlərindən biri Azərbaycanda ümumi telefonların sıxlığını təqribən iki dəfə artırmaqdır. Bununla bağlı «Aztelekom» və Bakı Telefon Rabitəsi İstehsalat Birliklərinə müvafiq tapşırıqlar verilib.
Stasionar telekommunikasiya şirkətlərinin qarşısında gələcəkdə tariflərin yenidən baxılması, hətta telefon çəkilişi tariflərinin sıfıra endirilməsi imkanlarının araşdırılması məqsədləri qoyulub. Bu tədbirlərin «100 ailəyə 100 telefon» layihəsi çərçivəsində bu ilin ilk yarısı ərzində həyata keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycanda ümumi stasionar telefonların sıxlığı hər 100 nəfərə 15,5% təşkil edir, bu da analoji ümumdünya göstəricilərindən aşağıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR