Bank Of Baku

Azərbaycanda «Kadastr və daşınmaz əmlakın reyestri Layihəsi» üçün məsləhətçi cəlb olunacaq

Azərbaycanda «Kadastr və daşınmaz əmlakın reyestri Layihəsi» üçün məsləhətçi cəlb olunacaq
# 13 fevral 2009 07:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniya İnkişaf Bankı (KfW) ilə Azərbaycan hökuməti ölkədə icra olunacaq «Kadastr və daşınmaz əmlakın reyestri Layihəsi»nin həyata keçirilməsi üçün məsləhətçi cəlb etməyi planlaşdırır. Bu barədə «APA-Economics»ə KfW-nin Bakı ofisinin mütəxəssisi Natiq Abdullayev məlumat verib.
N.Abdullayevin sözlərinə görə, Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) ilə KfW arasında imzalanmış layihənin konsept fazasının və tender müsabiqəsinin maliyyələşdirilməsi çərçivəsində layihənin texniki iqtisadi əsaslandırması və bir sıra digər işlər görüləcək: «Hazırda layihə üzrə məsləhətçinin seçimi aparılır ki, məsləhətçi seçiləndən sonra layihənin ilkin hazırlıq işləri üçün 18 ay ayrılacaq. Bundan sonra isə layihənin icrasına başlanacaq».
Qeyd edək ki, bu ilin fevral ayının əvvəlində DƏDRX ilə KfW arasında Gəncə və Şəki bölgələrində həyata keçirilməsi nəzərdə tutulmuş «Kadastr və daşınmaz əmlakın reyestri Layihəsi» üzrə konsept fazasının və tender müsabiqəsinin maliyyələşdirilməsi məqsədilə müqavilə imzalanıb. Dəyəri 453 min avro olan bu layihənin icrasında məqsəd göstərilən ərazilərdə daşınmaz əmlakın rəqəmli kadastr xəritələrinin hazırlanması, bu bölgələrdə vətəndaşların mülkiyyətində olan torpaqlardan daha səmərəli istifadəyə şərait yaratmaq, əmlak bazarında aktivliyi və şəffaflığı təmin etmək, bölgədə iqtisadi inkişafı stimullaşdırmaqdır.
Qeyd edək ki, KfW Bankının qiymətləndirmə missiyası ötən ilin mart ayında Azərbaycana səfər edib. Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra DƏDRX-lə protokol imzalanıb və bununla da Layihənin konsept fazasına başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR