Bank Of Baku

«Mitsubishi» lazer televizorlarının istehsalını dayandırıb

«Mitsubishi» lazer televizorlarının istehsalını dayandırıb
# 13 fevral 2009 07:22 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Yaponiyanın «Mitsubishi» şirkəti istehsalatda üzləşdiyi avadanlıq problemləri səbəbindən lazer televizorlarının istehsalını dayandırıb. Şirkətin rəsmi nümayəndələrinin sözlərinə görə, buna baxmayaraq, artıq yaxın vaxtlarda istehsal bərpa olunacaq.
«APA-Economics»in məlumatına görə, «Mitsubishi» dünyada yeganə lazer televizorları təchizatçısıdır.
Bundan başqa, ABŞ-ın «Vizio» şirkəti də plazma televizorlarının istehsalını dayandıracağını bəyan edib. «Vizio» brendi 2002-ci ildə yaradılıb və aşağı qiymət kateqoriyalı plazmalı maye-kristallı televizorlar istehsal edir. Plazmadan imtina edən şirkət diqqətini bütövlükdə maye-kristallı modellərin istehsalına yönəldəcək.
Qeyd edək ki, maye-kristallı televizorlara olan tələbat plazma televizorları ilə müqayisədə daha böyükdür və onların istehsalı daha rentabellidir. Bu televizorlar nisbətən az elektrik enerjisi istifadə edir. Plazma televizorları isə daha yüksək keyfiyyətli təsvirlə seçilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR