Bank Of Baku

Yaxın illərdə mobil TV abunəçilərinin sayı xeyli artacaq

Yaxın illərdə mobil TV abunəçilərinin sayı xeyli artacaq
# 13 fevral 2009 07:49 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Dünyada mobil televiziya xidmətləri istifadəçilərinin sayı 2013-cü ildə yarım milyarda çatacaq, lakin onların hamısı televizora mobil telefonun ekranında baxmayacaq. Tədqiqatçıların proqnozlarına əsasən, mobil televiziya bazarı 2013-cü ilə kimi 50 mlrd. ABŞ dollarına qədər artacaq, halbuki, həmin sahə hələ az inkişaf edib.
«APA-Economics»in məlumatına görə, ABŞ-da «AT&T», «Sprint» və «Verizon Wireless» mobil operatorları artıq bu xidmətin tətbiqinə milyardlarla dollar xərcləyib. Bu il ərzində ABŞ-ın 22 şəhərində pulsuz yayımı təmin etmək məqsədi ilə mobil televiziyanın yerli standartını dəstəkləyən qurğular yaradılacaq.
Bununla belə, analitiklərin fikrincə, istifadəçilər hələ ki bu cür televiziyanı mobil rabitədən asılı olmayan məhsul və ya xidmət kimi qəbul etmirlər. Lakin mobil televiziya dünya üzrə aktiv inkişaf edir və ötən ilin yazında Avropa İttifaqı mobil televiziya üzrə vahid standart qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR