Bank Of Baku

Nizaməddin Rzayev: «Azərsu» əhalidən su pulunu yığa bilmir»

Nizaməddin Rzayev: «Azərsu» əhalidən su pulunu yığa bilmir»
# 13 fevral 2009 09:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərsu» Səhmdar Cəmiyyəti (SC) əhali abonentlərindən istehlak edilmiş suyun pulunu yığa bilmir. «APA-Economics»in məlumatına görə, bunu «Azərsu» SC-nin prezidenti Nizaməddin Rzayev bildirib.
N.Rzayevin sözlərinə görə, 2008-ci ildə əhaliyə 110 mln. manatlıq su satılıb və kanalizasiya xidməti göstərilib. Suyun 60%-ə yaxını isə əhali abonent kateqoriyasının payına düşüb. Ödəniş isə əhali kateqoriyası üzrə 45% təşkil edib.
N.Rzayev bildirib ki, satılan suyun qiyməti və göstərilən kanalizasiya xidmətlərinin qiymətlərində hər hansı artım olmayacaq.
Xatırladaq ki, hazırda Azərbaycanda 1 kubmetr suyun əhaliyə satış qiyməti 18 qəpik, kanalizasiya xidmətləri üzrə ödəniş isə 4 qəpikdir (cəmi 22 qəpik). Sayğacsız mənzillərdə isə adambaşına aylıq su normativi 6 kubmetr və ya 1,32 qəpik müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR