Bank Of Baku

«Pioneer» yaxın bir ildə televizor istehsalını dayandıracaq

«Pioneer» yaxın bir ildə televizor istehsalını dayandıracaq
# 13 fevral 2009 11:21 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Yaponiyanın «Pioneer» şirkəti bundan sonra əsas diqqətini avtomobil elektronikası, audio və video aparaturanın istehsalına yönəltməyi planlaşdırır.
«Pioneer» Korporasiyası plazmalı və maye kristallik televizorlar bazarını 2010-cu ilin mart ayına kimi tərk edir, lakin şirkət satışdan sonra xidmət sistemini dəstəkləməyi davam etdirəcək və istehlakçılar qarşısında qüvvədə olan zəmanət öhdəliklərini yerinə yetirəcək.
Qeyd edək ki, «Pioneer» ötən il restrukturizasiya və gəlirliyin yaxşılaşdırılması tədbirlərinə başlayıb: plazmalı panellərin istehsalının (Böyük Britaniya və ABŞ-da) azaldılması, vaxtından əvvəl pensiyaya çıxma proqramının tətbiqi və xarici satış strukturlarının müasirləşdirməsi aparılır. Buna baxmayaraq, «Pioneer» 2009-cu maliyyə ilində zərərlə işləyəcəyini proqnozlaşdırır.
Hazırda «Pioneer»in əsas məqsədi avtomobil elektronikası bazarında lider olmaqdır. Bu məqsədlə korporsiya Yaponiya və digər ölkələrdəki istehsal güclərini birləşdirməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR