Bank Of Baku

Bu il Azərbaycanda 450 poçt şöbəsi «Azərpoçt»un informasiya şəbəkəsinə cəlb olunacaq

Bu il Azərbaycanda 450 poçt şöbəsi «Azərpoçt»un informasiya şəbəkəsinə cəlb olunacaq
# 13 fevral 2009 13:21 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda Dünya Bankının «Maliyyə xidmətlərinin inkişafı Layihəsi» çərçivəsində 320 poçt şöbəsini əhatə edən müasir informasiya şəbəkəsi yaradılıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu poçt şöbələrinin 70-i artıq Azərbaycan Milli Bankının kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi vasitəsilə kommunal xidmətlərə görə haqlar qəbul edir. Bu il ərzində daha 450 poçt şöbəsinin mövcud informasiya şəbəkəsinə cəlb edilməsi nəzərdə tutulur.
«Maliyyə xidmətlərinin inkişafı Layihəsi» poçt sistemində vahid şəbəkə infrastrukturunun yaradılmasına və vətəndaşlara maliyyə və bank xidmətləri göstərməyə imkan verir. Bu ilin I rübündə «Azərpoçt» Dövlət Müəssisəsinin bank xidmətlərinin göstərilməsi üçün mərkəzi bankdan müvafiq lisenziya alacağı gözlənilir.
Qeyd edək ki, «Azərpoçt»un 2009-2011-ci illər üçün fəaliyyət strategiyasının əsas istiqamətləri yeni maliyyə-bank xidmətlərinin tətbiqi və ümumiyyətlə müəssisənin rentabelliyinin artırılmasından ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR