Bank Of Baku

Azərbaycan «Qərb-Şərq yüksəksürətli informasiya magistralı» layihəsinin sentyabrda BMT-nin Baş Assambleyasında müzakirəyə çıxarılmasına çalışır

Azərbaycan «Qərb-Şərq yüksəksürətli informasiya magistralı» layihəsinin sentyabrda BMT-nin Baş Assambleyasında müzakirəyə çıxarılmasına çalışır
# 13 fevral 2009 13:28 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan hökuməti «Qərb-Şərq yüksəksürətli informasiya magistralı» layihəsinin BMT-nin Baş Assambleyasının bu ilin sentyabr ayında keçiriləcək sessiyasında müzakirəyə çıxarılması üçün səy göstərəcək.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata əsasən, bu il ərzində layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üzrə iş aparılacaq.
Qeyd edək ki, «Qərb-Şərq yüksəksürətli informasiya magistralı» layihəsi Qərbi Avropa ilə Sakit okean hövzəsini birləşdirən yüksək sürətli Avrasiya informasiya magistralının yaradılmasını nəzərdə tutur. Magistral Şərqi Avropa, MDB ölkələri, Türkiyə, İran, Mərkəzi Asiya ölkələrini, o cümlədən Əfqanıstan və Pakistanı əhatə etməklə, Çin və Hindistana çıxmaqla bu böyük regionda transmilli informasiya magistralı yaratmaqla bölgənin, hər bir ölkənin sosial-iqtisadi inkişafına, beynəlxalq informasiya mübadiləsinə təkan verə bilər.
Xatırladaq ki, «Bakutel-2008» beynəlxalq sərgi və konfransı çərçivəsində regionun nazirlər toplantısında bu layihə müzakirə edilib və Transmilli Avrasiya Super İnformasiya Magistralına dair Bakı Bəyannaməsi qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR