Bank Of Baku

Yanvarda minik avtomobillərinin satışı azalıb

Yanvarda minik avtomobillərinin satışı azalıb
# 14 fevral 2009 09:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayının yekunlarına əsasən Avropa ölkələrində minik avtomobillərinin satış həcmi 2008-ci ilin analoji ayı ilə müqayisədə 27% azalıb. “APA-Economics”in məlumatına görə, yanvar ayında Avropada avtomobillərin satışı 958,5 min ədəd təşkil edib. Avtomobil mütəxəssislərin fikrincə, satışların artması ən yaxşı halda 2010-cu ildə müşahidə oluna bilər. Bir şərtlə ki, Avropa hökumətləri avtomobil istehsalçılarına maliyyə yardımı göstərsinlər.

Qeyd edək ki, Avropanın avtomobil bazarı əsasən ABŞ-ın avtobazarından asılıdır. Hazırda müşahidə olunan maliyyə böhranı bu ölkədə fəaliyyət göstərən bir çox avtokonsernin fəaliyyəti üçün böyük təşlükə yaradıb. Belə ki, ABŞ-ın “Ford” Konserni ona məxsus olan İsveçin “Volvo” şirkətini satmaq niyyətində olduğunu bildirib. Buna səbəb “Volvo”ya maliyyə dəstəyi vermək üçün “Ford”un lazımi həcmdə vəsaitinin olmamasıdır.

Ötən ilin dekabr ayında isə İtaliyanın “Fiat” şirkəti bütün zavodlarının fəaliyyətini dayandırıb. Nəticədə 48 min işçi məcburi məzuniyyətə göndərilib.

Xatırladaq ki, 2009-cu ilin yanvar ayında “Volkswagen”nin (“Audi”, ”Volkswagen”, “Seat”, “Skoda”) satış həcmi 20,1% azalaraq 199,279 min ədəd avtomobil təşkil edib. Bundan başqa, yanvarda “PSA Peugeot Citroen” - 128,272 min ədəd (-24,8%), “Ford” (“Ford”, “Volvo”, “Land Rover”, “Jaguar”) – 102,925 min ədəd (-21,8%), “General Motors” (“Opel”, “Chevrolet”, “Vauxhall”, “Saab”, “Cadillac”) – 80,445 min ədəd (-35,4%), “Renault” (“Renault”, “Dacia”) – 72,38 min ədəd (-33,9%), “Fiat” (“Fiat”, “Alfa-Romeo”, “Lancia”) – 83,245 min ədəd (-26%), BMW (BMW, “Mini”) – 44,65 min ədəd (-32,4%), “Daimler” (“Mercedes-Benz”, “Smart”) – 48,218 min ədəd (-30,5%), “Toyota Group” (“Toyota”, “Lexus”) – 51,193 min ədəd (-31,5%), “Nissan” - 25,359 min ədəd (-25,5%), “Hyundai” - 19,9 min ədəd (-16,3%), “Suzuki” - 16,765 min ədəd (-28,5%), “Mazda” - 18,188 min ədəd (-16,7%), “Honda” - 18,836 min ədəd (-27%), KIA - 15,808 min ədəd (-35,8%), “Mitsubishi” - 6,776 min ədəd (-41,8%), “Chrysler” - 4,161 min ədəd (-53,2%), “Jaguar” - 1,988 min ədəd (+19,4%), “Land Rover” - 3,321 min ədəd (-62,2%) avtomobil satıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR