Bank Of Baku

Bakı Metropoliteni elektron avadanlıqların əvəz edilməsi üzrə tender elan edib

Bakı Metropoliteni  elektron avadanlıqların əvəz edilməsi üzrə tender elan edib
# 14 fevral 2009 10:17 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva– APA-Economics. Bakı Metropoliteni elektromexanika xidmətinin texniki istismarında olan güclü ventilyator aqreqatının və idarəedici elektrik şkafının etibarlı və səmərəli işini yüksəltmək məqsədi ilə 2 ədəd Almaniya və Rusiya istehsalı olan TA 18/9-1, VOM-20 tipli müasir ventaqreqatlarla və 4 ədəd gücü 55 kVt elektron rəvan işəsalıcı şkaflarla əvəz edilməsi üzrə açıq tender elan edib.

Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini bu ilin mart ayının 25-dək, tender təkliflərini isə aprel ayının 1-dək təqdim etməlidirlər.
Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası aprelin 3-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR