Bank Of Baku

«Bakcell» şirkəti abunəçilərinə pulsuz SMS xidməti təklif edib

«Bakcell» şirkəti abunəçilərinə pulsuz SMS xidməti təklif edib
# 16 fevral 2009 12:16 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti «Klass» abunəçiləri üçün yeni pulsuz SMS xidməti təklif edib. «Bakcell»in Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, «Peşəkar» tarif paketinin istifadəçilərinə hər ayın əvvəlində 50, «Ekstra», «Gənclik» və «Stil» tarif paketlərinin istifadəçilərinə isə 20 pulsuz SMS təqdim olunacaq.
Qeyd edək ki, yeni xidmət «Gold Club» və «Cin Kart» abunəçilərinə aid deyil.
Xatırladaq ki, «Bakcell» şirkəti 1994-cü ilin mart ayında «GTİB» şirkəti və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təsisçiliyi ilə yaradılıb. Analoq tipli sistem operatoru (ETACS) kimi fəaliyyətə başlayan şirkət 1998-ci ilin dekabrında GSM texnologiyasını tətbiq edib. Artıq 2003-cü ilin dekabrında şirkətin özəlləşdirilməsi prosesi başa çatıb. Nəticədə, 2004-cü ilin yanvarından başlayaraq, «Bakcell» özəl şirkət kimi fəaliyyət göstərir və hazırda 1,2 mln. abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR