Bank Of Baku

Kontakt linzaları televiziyanı əvəz edəcək

Kontakt linzaları televiziyanı əvəz edəcək
# 16 fevral 2009 14:01 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Yaxın on ildə göz üçün nəzərdə tutulmuş kontakt linzaları televizorları əvəz edərək TV-ni yayımlayacaq. Bununla yanaşı, TV-kanallar səs siqnalları və jestlərin köməyi ilə dəyişdiriləcək. Qeyri-adi televiziya insan bədənindən enerji alacaq, bunun üçün linzaları səhər gözə salıb, axşam çıxarmaq kifayət edəcək.
«APA-Economics»in məlumatına görə, bu imkanı icad edən futuroloq Yan Pirson 2007-ci il üçün qumanoid robotların insanları zavodlarda əvəz edəcəyini, 2011-ci ildə bütün proqram təminatların maşınlar tərəfindən yazılacağını, 2015-ci ildə isə kosmosa turist səfərlərinin adi əyləncə olacağını proqnozlaşdırıb.
Qeyd edək ki, əvvəllər müasir insanlara nağıl kimi gələn ekspertin bir çox proqnozu artıq nəinki həyata keçib, hətta müasir həyat tərzinin bir hissəsinə çevrilib. Belə ki, 1991-ci ildə Pirson bir telefondan digərinə mətnli məlumatların göndərilməsi (sms) üsulunu ideya kimi icad edib, lakin o vaxt bu fikri heç kəs ciddi qəbul etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR