Bank Of Baku

«Audi» şirkəti «A4 Allroad» avtomobil modelinin istehsalına başlayır - FOTOSESSİYA

«Audi» şirkəti «A4 Allroad» avtomobil modelinin istehsalına başlayır - <font color=red>FOTOSESSİYA</font>
# 17 fevral 2009 08:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın «Audi» avtomobil şirkəti bu ilin mart ayının əvvəlində Cenevrədə (İsveçrə) keçiriləcək beynəlxalq avtomobil sərgisində yeni «A4 Allroad» modelini nümayiş etdirəcək.
«APA-Economics»in məlumatına görə, şirkət artıq yeni modelin şəkillərini dərc edib. «Allroad» köhnə «A4» modelinin platformasında yığılsa da, tam ötürücü mexanizmlə təchiz olunacaq. Xarici görünüşünə görə isə yeni model köhnə «A4»dən enli təkər pərləri, yeni bamperlər, 17-18 düyümlük təkər diskləri ilə fərqlənəcək.
Yeni model 2,0 litr həcmində (211 at gücü) benzin, 2,0 litr (170 at gücü) və 3,0 litr (240 litr) dizel mühərrikləri ilə təchiz olunacaq. «Allroad» 3,0 litr mühərikklə 100 km/saat sürətini cəmi 6,4 saniyəyə yığacaq, hər 100 km məsafəyə isə avtomobil 7,1 litr yanacaq sərf edəcək.
Avtomobilin satışına bu ilin yay aylarında başlanacağı gözlənilir. Belə ki, Almaniyada yeni «A4 Allroad»ın 37,1 min avroya satılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR