Bank Of Baku

Azərbaycanda vahid təhsil şəbəkəsinin yaradılması başa çatır

Azərbaycanda vahid təhsil şəbəkəsinin yaradılması başa çatır
# 17 fevral 2009 08:51 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər) çərçivəsində ölkənin 200 təhsil ocağının vahid təhsil şəbəkəsinə qoşulması prosesi yekunlaşır.
«Azedunet» təşkilatından «APA-Economics»ə verilən məlumata əsasən, «Elektron məktəb» layihəsi çərçivəsində Bakı şəhərinin 10 məktəbi, Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsi fiber-optik kabel vasitəsilə təhsil şəbəkəsinə qoşulacaq, bununla da yüksək sürətli İnternetə və Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzinə çıxış təmin olunacaq. Dövlət Proqramı çərçivəsində məktəblərdə lokal şəbəkələrin yaradılması da həyata keçirilir. Sözügedən lokal şəbəkələr kompüter siniflərini, müəllimlər otağını və direktorun otağını birləşdirəcək.
Layihəni Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yardımı ilə, BMT-nin İnkişaf Proqramının AzNET layihəsinin bazasında yaradılmış «Azedunet» təşkilatı həyata keçirir. Layihənin əsas məqsədi ölkənin bütün təhsil ocaqlarını vahid yüksək sürətli intranet şəbəkəsi çərçivəsində birləşdirməkdir. Vahid təhsil şəbəkəsinin mövcudluğu ölkədəki təhsil ocaqları arasında yüksək sürətli təhlükəsiz informasiya sistemlərinin fəal istifadəsi ilə məlumat mübadiləsini təmin etməyə imkan verəcək. Bununla da milli elektron təhsil şəbəkələrinin inkişafına təkan veriləcək, həmçinin məzmuna giriş sadələşdiriləcək. Proqramın həyata keçirilməsi nəticəsində Azərbaycanın təhsil şəbəkəsi təhsil sisteminə dünya standartlarına uyğun bir sıra xidmətlər təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR