Bank Of Baku

«Connekt» İnternet provayderi tarifləri azaldır

«Connekt» İnternet provayderi tarifləri azaldır
# 17 fevral 2009 09:42 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «Connekt» İKT şirkəti mart ayının 1-dən etibarən ADSL (asimetrik rəqəmli abunəçi xətti) vasitəsilə limitsiz İnternetə qoşulma xidməti üzrə tariflərinə endirim tətbiq edəcək.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, gələn aydan etibarən İnternetə qoşulmanın minimal sürəti 512/512 Kbit/s-dək, maksimal sürət isə 2048/2048 Kbit/s-dək artırılacaq.
Beləliklə, 512/512 Kbit/s sürətlə İnternetə qoşulmanın aylıq abunə haqqı 30 manat, 1024/1024 Kbit/s sürətlə - 60 manat, 2048 Kbit/s sürətlə isə 250 manat təşkil edəcək.
Qeyd edək ki, bu yaxınlarda şirkət televiziya xidmətlərinin tariflərinə də endirim tətbiq edib və aylıq abunə haqqı 99 manatdan 59 manatadək azaldılıb.
Xatırladaq ki, 2005-ci ildə işə başlayan «Connect» şirkəti İnternet qoşulmanın tam spektri üzrə xidmətlər göstərir. «Connect» şirkəti İnternet kartları, ayrılmış yüksək sürətli xətlər, hostinq servisi, özəl korporativ şəbəkələrin yaradılması və s. xidmətlər təklif edir. Fiber-optik kanalı şirkətə «Telia.net» operatoru tərəfindən təqdim olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR