Bank Of Baku

«İntrans» şirkəti genişzolaqlı İnternet xidmətilərini ucuzlaşdırır

«İntrans» şirkəti genişzolaqlı İnternet xidmətilərini ucuzlaşdırır
# 17 fevral 2009 09:56 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın ilk İnternet provayderi olan «İntrans» şirkəti bu ilin mart ayının 1-dən etibarən ADSL (Asymmetric Digital Subscriber Line) genişzolaqlı İnternet xidmətilərinə mövcud tariflərini endirəcək.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, gələn aydan etibarən ADSL xidmətinə qoşulma qiyməti 23,06 manat təşkil edəcək. Bununla yanaşı 493, 498, 598, 438, 439, 403, 510, 494, 495, 499, 484, 440, 441, 449, 436, 465, 490, 496, 492, 497, 466, 467, 514, 491 indeksli ATS-lər üçün nəzərdə tutulmuş birinci tarif planına uyğun olaraq, limitsiz ADSL xidmətinə aylıq abunə haqqı 128/128 Kbit/s-dən 1024/2048 Kbit/s-dək sürətdən asılı olaraq 44-650 manat (ƏDV-siz) təşkil edir.
İkinci tarif planı eyni ATS-lər üçün nəzərdə tutulub və bu tarif planına uyğun olaraq, 2 Gb/s sürətli kanalından aylıq istifadə haqqı 20 manat, bu trafiki aşdıqda 1024/256 Kbit/s sürətlə beynəlxalq və ölkədaxili istiqamətdə giriş trafikinin hər 1 MB-dən istifadənin qiyməti müvafiq olaraq 0,03 manat və 0,01 manat, çıxış trafiki isə 0,02 manat və 0,01 manat təşkil edir. «İntrans» şəbəkəsi daxilində giriş və çıxış trafikinin hər 10 MB-dən istifadənin qiyməti 0,01 manat səviyyəsində müəyyənləşdirilib.
Üçüncü tarif planı 436 indeksli ATS-in abunəçiləri üçün nəzərdə tutulub və bu tarif planına uyğun olaraq, 2 Gb/s kanalından aylıq istifadə haqqı 20 manat, bu trafiki aşdıqda 1024/256 Kbit/s sürətlə giriş və çıxış trafikinin hər 1 MB istifadənin qiyməti 0,06 manat təşkil edir.
Bununla yanaşı, şirkət hostinq və qabaqcadan ödənilən kartlar vasitəsi ilə göstərilən dial-up xidmətləri üzrə qiymətlərin də endirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, «İntrans» şirkəti 1991-ci ildə yaradılıb və fəaliyyətinin əsas məqsədləri kommutə və ayrılmış xətlər vasitəsilə təşkilat və fərdi şəxslərə İnternetə çıxışı təqdim etmək, veb-serverləri yerləşdirmək, İnternetdən istifadə etməklə kommersiya və qeyri-kommersiya layihələri hazırlamaq və həyata keçirmək, lokal şəbəkələri quraşdırmaq, sazlamaq və bütöv texniki təminatı təşkil etmək, həmçinin veb-saytlar yaratmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR