Bank Of Baku

Azərbaycanda 6700 məktəb müəllimi və pedaqoji institut tələbəsi «Gələcək üçün təhsil» proqramının məzunu olub

Azərbaycanda 6700 məktəb müəllimi və pedaqoji institut tələbəsi «Gələcək üçün təhsil» proqramının məzunu olub
# 17 fevral 2009 10:40 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda «İntel» şirkəti və Təhsil Nazirliyi tərəfindən 2007-2008-ci illərdə həyata keçirilən «Gələcək üçün təhsil» proqramının 6700 məktəb müəllimi və pedaqoji institut tələbəsi məzun olublar.
İKT Mərkəzindən «APA-Economics»ə verilən məlumata əsasən, proqramın əsas məqsədi müəllimlərin innovasiyalı tədris texnologiyalarını mənimsəməsi və məktəblərdə kompüter və İnternetdən səmərəli istifadə etməsi üçün şərait yaratmaqdır.
Proqram çərçivəsində 2008-ci ilin sonunda Azərbaycanda 45 məktəb, 1 kollec, 3 universitet və Bakının Müəllimlərin Təkmilləşdirilməsi İnstitutu iştirak edib. İki tədris ili ərzində Bakı, Sumqayıt, Lənkəran və Zaqatalada 650-yə yaxın treninq keçirilib.
Müstəqil araşdırma göstərir ki, proqramda iştirak edənlərin 98%-ı treninqlərin məzmununu və keyfiyyətini müsbət qiymətləndirir və sözügedən proqramı öz həmkarlarına da tövsiyə edirlər. İştirakçıların əksəriyyəti (80-90%-i) hesab edir ki, treninq pedaqoji fəaliyyətdə istifadə oluna biləcək üsulları öyrədir və kompüter texnologiyalarının tətbiqinin faydasını nümayiş etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR