Bank Of Baku

Barselonada keçirilən «GSMA Mobile World Congress»ində «Azercell» şirkətinin rəhbərliyi də iştirak edir

Barselonada keçirilən «GSMA Mobile World Congress»ində «Azercell» şirkətinin rəhbərliyi də iştirak edir
# 17 fevral 2009 14:28 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» MMC-nin nümayəndə heyəti şirkətin prezidenti prezidenti Ali Ağanın başçılığı ilə fevralın 16-19-da Barselonada keçirilən «GSMA Mobile World Congress»in növbəti toplantısında iştirak edir.
Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, konfransda mobil texnologiya aləminin nəhəngləri – «AT&T», «Microsoft», «Nokia», «Telefonica», «TeliaSonera» və s. şirkətlərin rəhbərləri iştirak edir. Barselonaya səfər zamanı A.Ağan mobil rabitə dünyasının bir sıra aparıcı şirkətin rəsmi şəxsləri, o cümlədən GSM Assosiasiyasının rəhbəri Rob Konveylə görüşlər keçirəcək.
Konqres zamanı müzakirə ediləcək məsələlər sırasında mobil innovasiyalar və ekoloji sistem, mobil texnologiyada inkişafın gücləndirilməsi, qlobal maliyyə böhranının mobil operatorlara təsiri, mobil dünya və biznes aləmi, lokal baza stansiyaları üçün düzgün strategiyanın formalaşdırılması, mesajların gələcəyi və s. kimi müxtəlif mövzuları göstərmək olar.
Tədbirin əsas məqsədi mobil telefon və simsiz rabitə sahəsində xidmət işinin qloballaşmasına nail olmaq, operator və mobil avadanlıq təchizatçıları üçün yeni imkanlar yaratmaq, milli sərhədlər və mili şəbəkələri aşıb keçən mobil rabitənin gücləndirilməsini təmin etməkdir. Hazırda GSM Assosiasiyasının üzvlərinin 2 mlrd-dan çox abonenti var. Ümumilikdə, Dünya GSMA Konqresi müxtəlif seminar və forumlarla yanaşı, mobil industriyanın ən iri sərgisini də özündə birləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR