Bank Of Baku

Buxarestdə TRACECA Hökumətlərarası Komissiyasının işçi qrupunun iclası keçirilir

Buxarestdə TRACECA Hökumətlərarası Komissiyasının işçi qrupunun iclası keçirilir
# 18 fevral 2009 07:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Buxarestdə (Rumıniya) TRACECA Hökumətlərarası Komissiyasının Milli Katiblərindən ibarət işçi qrupunun növbəti iclası işə başlayıb. Bu barədə «APA-Economics»ə TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev məlumat verib.
İki gün davam edəcək iclasda Azərbaycanı TRACECA Milli Katibliyi ilə yanaşı Nəqliyyat Nazirliyinin iki mütəxəssisi təmsil edir.
A.Mustafayevin sözlərinə görə, iclasda TRACECA dəhlizində həyata keçiriləcək layihələr, həmçinin Hökumətlərarası Komissiyada həyata keçiriləcək institusional islahatlarla bağlı müzakirələr aparılacaq. Həmçinin, Hökumətlərarası Komissiyanın iyun ayının 15-16-da Bişkəkdə (Qırğızıstan) keçiriləcək konfransının gündəliyinə daxil ediləcək məsələlərə baxılacaq. Bununla yanaşı, iştirakçı ölkələrin nəqliyyat sektorunda yaxın perspektivdə həyata keçirməyi planlaşdırdıqları layihələrin təqdimatı keçiriləcək.
Qeyd edək ki, mərkəzi qərargahı Bakıda yerləşən TRACECA Hökumətlərarası Komissiyası 1998-ci ildə yaradılıb. Hazırda Hökumətlərarası Komissiyada Avropa və Asiyanın 12 dövləti təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR