Bank Of Baku

«İrşad Telecom» yeni reklam kampaniyasına başlayır

«İrşad Telecom» yeni reklam kampaniyasına başlayır
# 18 fevral 2009 08:18 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «İrşad Telecom» şirkəti bu ilin mart ayının 1-dən etibarən yeni reklam aksiyasına başlayacaq.
Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, reklam kampaniyası satışda olan bütün telefonlara aid olacaq və iyunun 1-dək davam edəcək. «Nokia», «SonyEricsson», «Samsung», «Siemens», «Motorola» şirkətlərinin rəsmi dileridir.
Bununla yanaşı, mart ayının ortalarında şirkətin rəsmi veb-saytının yeni versiyası müştərilərə təqdim ediləcək və burada online-mağazanın açılacağı gözlənilir.
Xatırladaq ki, «İrşad Telecom» şirkətinin satış şəbəkəsi 2008-ci ilin nəticələrinə görə mobil telefon satışı üzrə Azərbaycan bazarında ilk yeri tutur. İkinci yeri «Telefon» mağazalar şəbəkəsi, üçüncü yerdə isə «World Telecom» şəbəkələri tutur.
Qeyd edək ki, 2000-ci ildə fəaliyyətə başlayan «İ&R Telecom», 2003-cü ildən mağazalarının sayını artırmağa başlayaraq regionlarda və paytaxtda satış şəbəkəsini genişləndirib. Şirkət 2007-ci ildə brendini dəyişib. «İrşad Telecom» 2006-cı ildən «Azercell» şirkətinin eksklüziv dileri kimi fəaliyyət göstərir. «İrşad Telecom» həmçinin danışıq konturlarının topdan satışını, zəmanətli təmirini həyata keçirir. Hazırda «İrşad Telecom»un 6 əsas mağazası və 17 sayda diler mağazaları fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR