Bank Of Baku

İlin sonunadək Azərbaycanla Estoniya arasında poçtla pul göndərişlərinin mübadiləsinə başlanacaq

İlin sonunadək Azərbaycanla Estoniya arasında poçtla pul göndərişlərinin mübadiləsinə başlanacaq
# 18 fevral 2009 09:03 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsi Estoniya ilə MTF/STEFI sistemi üzrə poçt pul köçürmələri əməliyyatları keçirməyi planlaşdırır. «Azərpoçt» DM-dən «APA-Economics»ə verilən məlumata əsasən, hazırda Estoniyanın poçt administrasiyası ilə texniki problemlərin həlli ilə bağlı danışıqlar aparılır. Bu ilin sonuna kimi Estoniya ilə MTF/STEFI sistemi üzrə poçt pul köçürmələri mübadiləsinin başlanacağı gözlənilir.
Bu il martın 1-dən isə Özbəkistan və Tacikistanla real pul köçürmələri sistemi tətbiq olunacaq. Hazırda bu istiqamətdə sınaq poçt pul köçürmələri həyata keçirilir.
Xatırladaq ki, Azərbaycan MTF/STEFI beynəlxalq pul köçürmələri sisteminə 2004-cü ildə qoşulub. Hazırda sistem vasitəsilə Rusiya, Moldova, Belarus, Ukrayna, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri ilə pul köçürmələri həyata keçirilir.
Qeyd edək ki, Ümumdünya Poçt İttifaqının (ÜPİ) STEFI pul köçürmələri sisteminə 22-dən çox ölkənin poçt təşkilatı qoşulub. ÜPİ-nin hesablamalarına görə, dünya üzrə 48 ölkə arasında bu sistem vasitəsilə pul köçürmələrinin mübadiləsi həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR