Bank Of Baku

Mobil rabitə abunəçiləri üçün «mobil çat» xidməti yaradılır

Mobil rabitə abunəçiləri üçün «mobil çat» xidməti yaradılır
# 18 fevral 2009 09:34 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. GSM Assosiasiyasına daxil olan 60 mobil operatoru abunəçilər üçün yeni «mobil çat» xidməti üzərində işlədiklərini bəyan edib. Servis «ICQ», «Jabber» kimi ani məlumat mübadiləsi proqramlarına oxşar funksiyalara malikdir.
«APA-Economics»in məlumatına görə, xidmət abunəçinin əlaqələr siyahısından hansının şəbəkədə olduğunu müəyyən edəcək, həmçinin öz müxbirlərinə mətnli, multimedia, foto və video məzmunlu məlumatları ötürməyə imkan verəcək.
Ekspertlərin fikrincə, ideyanın həyata keçirilməsi telefonun əlaqə siyahısının istifadəçiləri arasında məlumat mübadiləsini aktivləşdirəcək.
Bundan başqa, servis çərçivəsində istifadəçilər özləri haqda şəxsi məlumatlarla dolu fərdi səhifələr yarada biləcəklər, beləliklə servisin «Facebook» kimi məşhur sosial şəbəkəyə yaxın olacağı gözlənilir.
Yeni servisin bu ilin ikinci yarısından tətbiq ediləcəyi ehtimal olunur. Hazırda servisin «Facebook» şəbəkəsi və «Twitter» mobil bloqqinq xidməti ilə birləşdirilməsi üzərində iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR