Bank Of Baku

Bakı şəhərinin təkrar mənzil bazarında qiymətlər yanvarda 4% düşüb

Bakı şəhərinin təkrar mənzil bazarında qiymətlər yanvarda 4% düşüb
# 18 fevral 2009 11:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar ayı ərzində Bakı şəhərinin təkrar mənzil bazarında bağlanan əqdlərin dinamikasında 4,4% artım qeydə alınıb. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.
Ay ərzində ümumi təklif portfelində köhnə mənzillərin payı əvvəlki aya nisbətən xeyli azalıb. Köhnə mənzillərlə paralel, ümumi təklif üzrə də azalma davam edib. Təklifin azalmasına səbəb əsasən bazarda qiymət azalması nəticəsində köhnə mənzillərin tədricən bazardan çıxması olub. Yeni tikililərin təkrar bazardakı payı dekabrla müqayisədə 4,4% artıb. Köhnə tikililər üzrə demək olar ki, bütün layihələrdə təklif üzrə azalma qeydə alınıb. Nəticədə, təkrar bazarda yeni tikililərin ümumi təklif portfelindəki payı 60%-i ötüb.
Aparılan araşdırmalara əsasən, yanvarda təklif 8,2% azalıb və nəticədə, bazara satış üçün təklif olunan mənzillərin sayı 4 713-ə enib. Yanvarda qiymət indeksində 10,3 bənd azalma müşahidə edilib. Orta qiymət 3,8% azalaraq dekabrda qeydə alınmış 1 436 dollar/kv. m-dən 1 382 dollar/kv.m-ə qədər enib. Ay ərzində təkrar bazarda bütün rayonlar üzrə orta qiymət azalması baş verib. Yalnız Nəsimi rayonu üzrə qiymətlər stabil qalıb.
Aparılan araşdırmalardan məlum olub ki, təkrar bazarda şəhər üzrə mənzillərin qiymət indeksində də əvvəlki aydan fərqli olaraq azalma baş verib. Bazara təqdim olunan «yeni tikililər»in təklif portfelində xüsusi çəkisi yenə də artmaqda davam edir. Bu dəyişiklik ilkin bazarda aktivliyin azalması, paralel olaraq yeni tikililərin təkrar bazara çox sürətlə inteqrasiyası ilə izah olunur. Bununla yanaşı, mənzillərin qiymətinin azalmasından narahat olan bəzi qruplar öz əmlakını bazardan çıxarırlar ki, bu da paralel olaraq yeni tikililərin təkrar bazardakı payının artması ilə nəticələnir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR