Bank Of Baku

«CredAgro» qeyri-bank kredit təşkilatını İKT avadanlığı ilə «Caspel» şirkəti təchiz edəcək

«CredAgro» qeyri-bank kredit təşkilatını İKT avadanlığı ilə «Caspel» şirkəti təchiz edəcək
# 18 fevral 2009 11:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «CredAgro» qeyri-bank kredit təşkilatı tərəfindən «IBM avadanlığı» üzrə keçirilən tenderin qalibi müəyyənləşib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, bu ilin fevral ayının 2-də keçirilən tenderin nəticələrinə əsasən, müsabiqədə Azərbaycanın «Caspel» şirkəti qalib gəlib. Artıq «CredAgro» və «Caspel» şirkətləri arasında tenderin yekunlarına dair müqavilə imzalanıb.
Xatırladaq ki, təsisçisi ABŞ-ın ACDİ/VOCA təşkilatı olan «CredAgro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir.
Qeyd edək ki, «Caspel» şirkəti Azərbaycanın IKT bazarında kompleks xidmətlər göstərir. Şirkət sistemli inteqratordur və məlumatların, qabaqcıl şəbəkə xidmətlərinin ötürülməsi, proqram təminatının işlənib hazırlanması, aparıcı dünya istehsalçılarından müasir avadanlığın təchiz edilməsi, eləcə də İnternet xidmətlərinin göstərilməsi ilə məşğuldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR