Bank Of Baku

Martda yeni «BMW 5-Series GT» avtomobil modeli nümayiş olunacaq - FOTOSESSİYA

Martda yeni «BMW 5-Series GT» avtomobil modeli nümayiş olunacaq - <font color=red>FOTOSESSİYA</font>
# 18 fevral 2009 11:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın BMW avtomobil şirkəti yeni «5-Series GT» modelinin ilk şəkillərini dərc edib.
«APA-Economics»in məlumatına görə, bu model BMW PAS modelinin prototipidir (seriyalarla istehsal olunacaq modelin adı hələ açıqlanmayıb). Yeni modeldə universal, hetçbek və ağır yol şəraiti üçün nəzərdə tutulan avtomobilin xüsusiyyətləri cəmləşib. Yeni BMW «Skoda Superb» avtomobilindəki kimi yük yeri üçün ikili qapı ilə təchiz olunub. Yəni, sürücü həm bütün qapını, həm də yalnız metal olan hissəni aça biləcək.
Yeni modelin təqdimatı bu ilin mart ayının əvvəlində Cenevrədə (İsveçrə) keçiriləcək beynəlxalq avtomobil sərgisində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR