Bank Of Baku

Azərbaycanda internetdən istifadə qiymətlərinin endirilməsi davam edəcək

Azərbaycanda internetdən istifadə qiymətlərinin endirilməsi davam edəcək
# 18 fevral 2009 14:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanda internet provayderlərin 95%-i internet tariflərini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tövsiyə etdiyi həddə çatdırıb. «APA-Economics»in məlumatına görə, bunu RİTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov bildirib.

«Yaxın aylarda qiymətlər üzrə endirimlər davam edəcək. Mart-aprel ayında artıq qiymətlərdəki dəyişiklikləri hiss edə biləcəyik», - deyə R. Gülməmmədov vurğulayıb.

Nazirlik rəsmisinin sözlərinə görə, 2008-ci ilin yanvar ayında 1 Mbit/s internet trafikinin qiyməti 700 manat olduğu halda, 2008-in dekabr ayında bu qiymət 320-350 manata endirilib. Cari il fevralın 1-dən isə RİTN-in tövsiyələrinə əsasən, provayderlər qiymətləri 55 manatdan 130 manatadək aşağı salıb. Azərbaycanda internetin qiyməti region üzrə qiymətlər səviyyəsindədir. Bəzi paketlər üzrə isə daha aşağıdır.

R. Gülməmmədovun sözlərinə görə, özəl provayderlərin bəziləri internetin sürətini də artırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR