Bank Of Baku

«Azercell Telecom» beynəlxalq MMS rouminq xidmətinin əhatə dairəsini genişləndirir

«Azercell Telecom» beynəlxalq MMS  rouminq  xidmətinin əhatə dairəsini genişləndirir
# 18 fevral 2009 14:49 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Azercell Telecom» MMC Danimarkanın “Sonofon” mobil rabitə şirkəti ilə beynəlxalq MMS xidmətini istifadəyə verib.
Bu barədə «APA-Economics»ə «Azercell Telecom»-dan bildirilib. Məlumatda qeyd olunur ki, “Azercell Telekom” 2007-ci ilin aprel ayında Azərbaycanda ilk dəfə olaraq, beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib. Hazırda şirkət 42 mobil şəbəkə operatoru ilə 35 ölkədə MMS xidmətinə qoşulub.

Qeyd edək ki, «Azercell Telecom» indiyə kimi 71 ölkənin 169 operatoru ilə GPRS/MMS müqaviləsi imzalayıb. Beynəlxalq MMS rouminq xidməti isə GPRS/MMS rouminq xidmətindən imkanlarına görə fərqlənir. Belə ki, indiyə kimi istifadədə olan GPRS/MMS rouminq xidməti vasitəsilə xarici ölkədə olan abonentin yalnız digər “Azercell” abonentləri ilə MMS mübadiləsi aparmaq və GPRS-dən istifadə etmək imkanı olub. Adıçəkilən xidmət isə “Azercell” abonentlərinə yalnız şəbəkə daxilində deyil, həm də müqavilə imzaladığı operatorun abonentləri ilə MMS mübadiləsi aparmağa imkan verir.

Xatırladaq ki, hazırda “Azercell Telekom” MMC-nin 3,5 milyondan çox abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR