Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, «BP-Azerbaijan» şirkəti, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Bakı Metropoliteni, «Azəriqaz» QSC tərəfindən əsas kapitala yönəldilən investisiyalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə azalıb.
Dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 124,2 mln. manat və ya ümumi investisiyanın 44,8%-i, qeyri-dövlət müəssisələri 153,2 mln. manat və ya 55,2%-i qədər sərmayə yatırıb. İstehsal təyinatlı obyektlərin inşasında 241,9 mln. manat, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində 35,5 mln. manatlıq investisiyadan istifadə edilib.
Hesabat ayında əsas kapitala yönəldilmiş investisiyanın 169,3 mln. manatı yerli mənbələrdən daxil olub, 87,2%-i (241,9 mln. manat) istehsal təyinatlı obyektlərin inşasına sərf olunub.
Əsas etibarilə əhalinin vəsaiti, həmçinin digər mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvarda 63,5 min kv. metr yaşayış evlərinin, 96 şagird yerlik ümumtəhsil məktəbinin tikintisi başa çatdırılaraq istifadəyə qəbul edilib.
Həmçinin bildirilir ki, hesabat ayında əsas kapitala yönəldilmiş daxili investisiya xarici investisiyadan çox olub. Vəsaitin 61%-ni daxili investisiyalar, 39%-ni isə xarici investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş daxili investisiyanın 68,9%-i dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 31,1%-i isə qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşüb.
Cari ilin ilk ayında dövlət büdcəsindən maliyyələşdirilən obyektlərin inşasında 4,9 mln. manat investisiyadan istifadə edilib.
Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş investisiyanın strukturu (%-lə):