Bank Of Baku

Bakıda «İnnovativ Müəllimlər» forumu keçiriləcək

Bakıda «İnnovativ Müəllimlər» forumu keçiriləcək
# 19 fevral 2009 13:14 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Fevralın 28-də Bakıda «İnnovativ Müəllimlər» forumunun keçirilməsi gözlənilir.
İKT Mərkəzindən «APA-Economics»ə verilən məlumata əsasən, forumda Azərbaycan Təhsil Nazirliyi və «Microsoft Azerbaijan» şirkətinin birgə keçirdiyi «İnnovativ Müəllimlər» müsabiqəsinin nəticələri elan ediləcək.
Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin «Microsoft» Korporasiyası ilə təhsil sahəsində uzunmüddətli əməkdaşlığının tərkib hissəsidir və Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramına (2008-2012-ci illər) uyğun keçirilir.
Müsabiqənin məqsədi orta məktəblərin tədris prosesində ən yaxşı innovasiya üsullarını tətbiq edən müəllimlərin seçilməsindən ibarətdir. Müsabiqənin qalibləri Vyanada (Avstriya) təşkil olunacaq Avropa İnnovativ Müəllimlər Forumunda iştirak edəcəklər.
Forum çərçivəsində İKT sahəsində regionlarda müəllimlər üçün keçirilən tədbirlər və müəllimlərin bu sahədə apardığı işlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR