Bank Of Baku

Azərbaycan maliyyə böhranı ilə bağlı bəzi dəmir yolu layihələrini təxirə salır

Azərbaycan maliyyə böhranı ilə bağlı bəzi dəmir yolu layihələrini təxirə salır
# 19 fevral 2009 13:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda «Bakıdan Gürcüstan sərhədinədək dəmir yolunun təkmilləşdirilməsi üzrə Təklif» layihəsi dünya maliyyə böhranı ilə əlaqədar qeyri-müəyyən vaxtadək təxirə salınıb. Bu barədə «APA-Economics»ə hökumətdəki mənbələrdən məlumat verilib.
Layihə böyük maliyyə tutumlu olduğundan işlər dünya bazarında vəziyyət sabitləşənə qədər dayandırılıb. Böhranla əlaqədar dəmir yolunda digər böyük maliyyə tutumlu işlər də təxirə salınıb.
«Bakıdan Gürcüstan sərhədinədək dəmir yolunun təkmilləşdirilməsi üzrə Təklif» layihəsində Bakıdan Azərbaycan-Gürcüstan dövlət sərhədinədək mövcud dəmir yolunda sürətin artırılması, sürətli qatarların alınması və s. məsələlər əksini tapıb. Koreyalı mütəxəssislərin hazırladığı layihədə Bakıdan Gürcüstan sərhədinədək dəmir yolunda sürətin mövcud 80 km/saatdan 120-150 km/saatadək artırılması ilə bağlı işlərin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ADDY 1880-ci ildə yaradılıb. Hazırda Azərbaycanda dəmir yollarının uzunluğu 2 944 km, istismar uzunluğu isə 2 122 km təşkil edir. Dəmir yolu xəttinin 1 277,1 km-i (60%) elektrikləşdirilib. ADDY-nin balansında 473 lokomotiv (278 lokomotivin istismar müddəti başa çatıb), SR3 markalı 2 ədəd və ER2 markalı 71 ədəd elektrik qatarı, 734 sərnişin (32 «SV», 227 «Kupe», 340 «Plaskart» tipli) vaqonu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR