Bank Of Baku

Mobil telefonlar üçün vahid adapter hazırlanacaq

Mobil telefonlar üçün vahid adapter hazırlanacaq
# 19 fevral 2009 13:39 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Avropa İttifaqı (Aİ) hökuməti ətraf mühiti çirklənmədən qorumaq məqsədi ilə mobil telefon istehsalçılarını vahid enerji doldurma qurğusunu (adapter) işləyib hazırlamağa çağırıb.
Aİ-nin sənaye üzrə komissarı Günter Verhogenin fikrincə, istehlakçının hər yeni telefon üçün yeni adapter alması yolverilməzdir. Komissar istisna etməyib ki, mobil telefon istehsalçıları bu istiqamətdə lazımi qərar qəbul etməsələr, onlara qarşı sərt tədbirlər görülə bilər.
Avropa İKT sənayesi Assosiasiyasının (EICTA) prezidenti Toni Qrasiano öz növbəsində qeyd edib ki, vahid adapter formasının yaradılması ideyası qanuni və texnoloji nöqteyi-nəzərdən mümkün deyil. Bu, Avropa ölkələrində mobil telefon akkumulyatorlarına olan tələblərin müxtəlifliyi ilə bağlıdır. Qrasiano bəyan edib ki, mobil telefon istehsalçıları tərəfindən vahid adapterin yaradılması gözlənilmir, lakin Aİ-nin şirkətləri buna məcbur etmək üçün kifayət qədər qanuni və siyasi təsir imkanları var.
Xatırladaq ki, hələ 2007-ci ildə istehsalçılar özləri bu təşəbbüslə çıxış edib və ilkin olaraq telefonların vahid micro-USB vasitəsilə enerji ilə doldurulmasına dair razılığa qəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR