Bank Of Baku

“Aztelekom” 492, 497, 437 indeksli telefon stansiyalarının rabitə xidməti göstərməsini dayandıracaq

“Aztelekom” 492, 497, 437 indeksli telefon stansiyalarının rabitə xidməti göstərməsini dayandıracaq
# 19 fevral 2009 15:44 (UTC +04:00)
“Aztelekom”dan APA-ya verilən məlumata görə, bu qurumla “AzEuroTel” Birgə Müəssisəsi arasında mövcud arabağlantı müqaviləsinə əsasən, göstərilən rabitə xidmətlərinin dəyəri dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, “AzEuroTel” tərəfindən ödənilmir. “AzEuroTel” fevralın 24-ü saat 12.00-a qədər ödəniş aparmasa, 492, 497, 437 indeksli telefon stansiyalarının istifadəçilərinə göstərilən rabitə xidmətini dayandıracaq. Bu ATS-lərin istifadəçiləri yalnız öz aralarında bir-biriləri ilə danışa biləcəklər.

“Aztelekom”dan buna görə məsuliyyəti “AzEuroTel”in daşıdığını da söyləyiblər.

“AzEuroTel”dən isə məsələyə münasibət bildirmək istəməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR