Bank Of Baku

Rusiya xarici pasportların İnternet vasitəsilə rəsmiləşdirilməsi sistemini genişləndirir

Rusiya xarici pasportların İnternet vasitəsilə rəsmiləşdirilməsi sistemini genişləndirir
# 20 fevral 2009 08:24 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Rusiyanın Sankt-Peterburq Analitik-İnformasiya Mərkəzi şəhər sakinləri üçün xarici pasportun rəsmiləşdirməsi üzrə sənədləri İnternet vasitəsi ilə təqdim etməyə imkan verən online-servis xidmətinin hazırlanması istiqamətində iş aparır.
«APA-Economics»in məlumatına görə, hazırda xarici pasportların rəsmiləşdirməsi üzrə avtomatlaşdırılmış sistem məhdudlaşdırılmış rejimdə fəaliyyət göstərir. Bu xidmətdən Federal Miqrasiya Xidməti ilə əməkdaşlıq edən turizm şirkətləri istifadə edə bilir, rəsmiləşdirmə prosedurası isə 10 gün çəkir. Yaxın vaxtlarda bu müddətinin iki dəfə azaldılması planlaşdırılır.
Yeni sistem ötürülən məlumatların qorunmasını təmin edir. Belə ki, sistemin serveri, məlumat bazası və kliyent-server birləşməsi kənar hücumlara dayanıqlıdır.
Qeyd edək ki, artıq iki ildir Rusiya Federal Miqrasiya Xidmətinin veb-saytında pasportların orijinallığının yoxlanması üzrə servis var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR