Bank Of Baku

Azərbaycanda ilin əvvəlindən dövlət qeydiyyatından keçməyən 12 radiotezlik nominalı aşkarlanıb

Azərbaycanda ilin əvvəlindən dövlət qeydiyyatından keçməyən 12 radiotezlik nominalı aşkarlanıb
# 20 fevral 2009 12:40 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) efirə radionəzarət şöbəsi tərəfindən 112 efir pozuntusu faktı qeydə alınıb.
DRİ-dən «APA-Economics»ə verilən məlumata əsasən, aşkar edilən faktların aradan qaldırılması ilə əlaqədar müəssisələrə xəbərdarlıq məktubları göndərilib.
Qeyd edək ki, efirdə sərbəst axtarış zamanı dövlət qeydiyyatından keçməyən 12 tezlik nominalı aşkarlanıb.
Bununla yanaşı, DRİ-nin mütəxəssisləri Naxçıvan MR-nın Naxçıvan şəhəri, Sədərək, Şərur, Kəngərli, Culfa, Babək, Ordubad və Şahbuz rayonları ərazisində TV və FM proqramlarının və sərhədyanı ölkələrdən qəbul olunan proqramların yayım səviyyəsinin ölçülməsi məqsədilə radiomonitorinq işləri aparılıb.
Bu il ərzində mərkəzləşdirilmiş radiomonitorinq şəbəkəsinin tərkib hissələri olan Yeni Günəşli, Mehdiabad və Gəncə radiomonitorinq məntəqələri üçün müvafiq sahələrin alınması və tikinti-quraşdırma işlərinin aparılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR