Bank Of Baku

Bakının təkrar avtomobil bazarında qiymətlər yanvarda daha 5% düşüb

Bakının təkrar avtomobil bazarında qiymətlər yanvarda daha 5% düşüb
# 20 fevral 2009 12:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar ayında Bakı şəhərinin təkrar avtomobil bazarında təklif üzrə azalma 4,1% təşkil edib, tələb isə 0,6% artıb. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.
Yanvar ayı ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında artım qeydə alınıb ki, bu, bağlanan əqdlərin dinamikasının artmasına az da olsa (0,7%) təsir edib.
Ay ərzində bazarda orta qiymət 5% azalaraq 17,5 min ABŞ dollarına bərabər olub. Qiymət azalması daha çox ilkin bazarda qeydə alınıb. Ötən ay ilkin bazar üzrə orta qiymət azalması 6,5%-i ötüb. Təkrar bazarda isə passivliyin hökm sürməsinə və təklifin tələbi sürətlə üstələməsinə baxmayaraq, qiymət azalması hələ ki, 5% təşkil edib.
Bazarda müşahidə olunan nisbi aktivlik avtomobillərin ekspozisiya müddətinin artmasının qarşısını ala bilməyib. Ötən ay ekspozisiya müddəti daha 4 gün artaraq 79 günə çatıb. Buna müvafiq risk dərəcəsi artıb və əmlakın bu növü üzrə likvidlik dərəcəsi düşüb. Yanvar ayında təkrar avtomobil bazarında araşdırma predmeti olan 6 500-dən artıq avtomobilin cəmi 37%-ə qədəri bazara məhz yanvar ayında təklif olunub. Qalan 63%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Bazardakı yerdəyişmələr təkrar bazarda proqnozlaşdırılan qiymət artımının qarşısını alıb və dünyada baş verən maliyyə böhranının avtomobil istehsalçılarına mənfi təsiri yanvarda qiymətlərin bir qədər də ucuzlaşmasına təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR