Bank Of Baku

Azərbaycan paytaxtında yaşayış mənzilləri daha 3% ucuzlaşıb

Azərbaycan paytaxtında yaşayış mənzilləri daha 3% ucuzlaşıb
# 20 fevral 2009 13:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu ilin yanvar ayında Bakı şəhərində satış üçün təklif olunmuş yaşayış mənzillərinin orta qiyməti 2008-ci ilin dekabr ayı ilə müqayisədə 3,1% azalaraq 1 130 dollar/kv. metrdən 1106 dollar/kv. metrə enib. Orta qiymətə uyğun olaraq qiymət indeksi də 9 bənd azalaraq 419,9 bəndində qərarlaşıb. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.

Yeni tikililərdə 3 otaqlı mənzillər daha çox üstünlük təşkil edib. Beş otaqlı mənzillər əsasən şəhərin I zonasına, 1 otaqlı mənzillər isə daha çox III zonanın payına düşüb. Yanvar ayında 1 otaqlı mənzillərin orta sahəsi 56,2 (keçən ay 58,6) kv. metr, 2 otaqlı mənzillərin orta sahəsi 90,3 kv. metr (keçən ay 91,2), 3 otaqlı mənzillərin orta sahəsi 137,7 kv. metr (keçən ay 135,8), 4 otaqlı mənzillərin orta sahəsi 191,4 kv. metr (keçən ay 181,3), 5 otaqlı mənzillər üzrə isə orta sahə 228,8 kv. metr (keçən ay 236,4) təşkil edib. Göründüyü kimi, 3 və 4 otaqlı mənzillər üzrə sahə artımı, digər mənzillər üzrə isə sahə azalması qeydə alınıb.

Yanvar ayının sonuna Bakı şəhəri üzrə qeydə alınmış 550 binanın tikintisi davam etdirilib və 2008-ci ilin dekabr ayı ilə müqayisədə 5 bina az olub. Yeni tikililərin sayının azalmasına səbəb son vaxtlar daşınmaz əmlak bazarına ciddi təsir edən dünya iqtisadi böhranın dərinləşməsi olub. Ən çox tikili Yasamal rayonu ərazisində aparılıb. Yanvarda Nəsimi rayonu ikinci, Xətai rayonu isə üçüncü yerdə öz mövqelərini qoruyub saxlayıb. Bu üç rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 66,8% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR