Bank Of Baku

«Azercell»in «SimSim» abunəçiləri artıq İsraildə də nömrələrindən istifadə edə biləcək

«Azercell»in «SimSim» abunəçiləri artıq İsraildə də nömrələrindən istifadə edə biləcək
# 20 fevral 2009 14:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkətinin «SimSim» abonentləri artıq İsraildə də öz nömrələrindən istifadə edə biləcəklər. Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, indiyədək «Azercell» 21 mobil şəbəkə operatoru ilə 16 ölkədə «Camel» xidmətinə qoşulub.
Xatırladaq ki, şirkət 2007-ci ilin iyul ayında Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq fakturasız xətt abonentləri üçün «RoamCELL» xidmətini istifadəyə verib. Bu xidmət, ilk olaraq, Türkiyənin «Turkcell» operatoru ilə reallaşdırılıb.
Qeyd edək ki, «RoamCELL» xidmətini aktivləşdirmək üçün Azərbaycanın hüdudlarını keçməzdən əvvəl *135*1#YES düymələrini yığmaq kifayətdir.
«Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir və hazırda 3,5 mln. abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR