Bank Of Baku

Azərbaycanda Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinin yaradılması üzrə işlər 2010-cu ilədək başa çatdırılacaq

Azərbaycanda Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinin yaradılması üzrə işlər 2010-cu ilədək başa çatdırılacaq
# 23 fevral 2009 06:39 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinin yaradılması üzrə aparılan işlərin 2010-cu ilədək başa çatdırılacağı gözlənilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezkiklər İdarəsindən «APA-Economics»ə verilən məlumata əsasən, hazırda layihə çərçivəsində araşdırmalar aparılır, həmçinin Almaniyanın «Rohde & Schwarz», «Plant», Türkiyənin «Aselsan», habelə İsrail və Rusiya şirkətləri ilə danışıqlar həyata keçirilir.
Bu günə kimi DRİ «Rohde & Schwarz» şirkətinin avadanlığından istifadə edən İtaliya, Çexiya və digər ölkələrin bu sahədə təcrübəsi ilə tanış olub. Bu ölkələrdə mərkəzdən idarə olunmaqla hər hansı bir bölgədə pelenqasiya üsulu ilə (3 QHs-ə qədər) qeyri-qanuni fəaliyyət göstərən radioşüalanma mənbəyinin yerinin təyin olunması, radiomonitorinq aparmaqla VHF və UHF diapazonlarında (3 QHs-ə qədər), SHF diapazonunda (30 QHs-ə qədər) radioşüalanma mənbəyinin yaratdığı siqnalın texniki parametrlərinin təhlili və 360 dərəcədə hərəkət edən anten vasitəsi ilə həmin mənbəyin istiqamətini bir neçə məntəqədən istifadə edərək, həmçinin yerləşdiyi ərazini təyin etmək imkanı mövcuddur. Radiomonitorinq sisteminin əhatə etmədiyi ərazilərdə qoşqu üstündə quraşdırılmış stansiyalardan istifadə olunur. Həmin stansiyalar fiksə olunmuş və ya mobil stansiyalar kimi fəaliyyət göstərir. Bu ölkələrdə fiksə məntəqələrini ərazidə radioşülanma mənbələrindən qorumaq üçün yaşayış məntəqələrindən 25-30 km məsafədə inşa edilir. Mərkəzdə fiksə olunmuş məntəqələrdən əlavə mobil sistemlərdən də geniş istifadə olunur. Hər hansı bir tapşırıqdan asılı olaraq müxtəlif avtomobillərdə quraşdırılmış fərdi mobil stansiyalardan istifadə oluna bilər. Bundan əlavə, ölkədə yayımlanan televiziya proqramlarına nəzarət məqsədilə ay ərzində TV proqramlar kasetlərə yazılır.
Qeyd edək ki, ilkin mərhələdə layihə çərçivəsində üç məntəqənin (Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinin İdarə məntəqəsi, Bakı və Abşeron məntəqələri) yaradılması nəzərdə tutulur. Bu üç məntəqənin radiomonitorinq avadanlığı ilə təchiz olunmasına (avadanlığın növündən asılı olaraq) təxminən 20 mln. ABŞ dolları tələb olunur. Hazırda layihənin həyata keçirilməsi üçün maliyyə mənbəyi müəyyən edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR