Bank Of Baku

«Azerfon» şirkəti daha üç beynəlxalq rouminq sazişi bağlayıb

«Azerfon» şirkəti daha üç beynəlxalq rouminq sazişi bağlayıb
# 24 fevral 2009 13:11 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) üç yeni beynəlxalq rouminq sazişi imzalayıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni rouminq tərəfdaşları Tanzaniyanın «Vodacom Tanzania Ltd.», İndoneziyanın «PTNatrindo Telepon Seluler(Lippotel)» və Makaunun «Hutchison Telecom» operatorları olub.
Qeyd edək ki, hazırda «Nar Mobile» şirkətinin rouminq tərəfdaşlarının sayı 118-ə bərabərdir.
Xatırladaq ki, «Azerfon» MMC-yə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb. Hazırda şirkətin 1 mln-dan artıq abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR