Bank Of Baku

ABŞ-da İnternetlə parklanma sisteminin tətbiqinə başlanıb

ABŞ-da İnternetlə parklanma sisteminin tətbiqinə başlanıb
# 26 fevral 2009 11:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. San-Fransiskoda (ABŞ) avtomobillər üçün yeni parklanma sisteminin tətbiqinə başlanılıb.
«APA-Economics»in məlumatına görə, artıq bu şəhərin hər bir sakini İnternet vasitəsilə avtomobili parklamaq üçün yer tapa bilər. Sistem asfalta quraşdırılmış xüsusi avadanlıqların vasitəsi ilə işləyir ki, bu avadanlıqlar əsas serverə boş yerlər haqqında operativ məlumatlar ötürür. Nəticədə, sürücülər şəhərin hansı yerində boş yerlərin olması barədə məlumat alaraq həmin əraziyə hərəkət edir. Sistem avtomobil parklanması üçün şəhərdə olan konkret yerləri deyil, ümumi boş yerlərin ünvanını göstərir ki, eyni yerə bir neçə sürücü birdən gəlməsin.
Mütəxəssislərin fikrincə, yeni sistem şəhərdəki tıxacları aradan qaldıracaq. Belə ki, şəhərin mərkəzində pik saatlarında sürücülərin təxminən 30%-i avtomobillərini parklamaq üçün yer axtarır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR