Bank Of Baku

Yanvarda Bakıda 2 410 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyatı alınıb

Yanvarda Bakıda 2 410 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyatı alınıb
# 26 fevral 2009 14:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar ayı ərzində Bakı şəhərində 1 262-i ilkin, 1 148-i isə təkrar bazara aid olmaqla 2 410 daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılıb. Bu barədə «APA-Economics»ə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) məlumat verilib.
Yanvar ayı ərzində Bakı şəhərində üzərində mülkiyyət hüquqlarının ilkin qeydiyyatı aparılmış daşınmaz əmlak obyektlərinin 420-i torpaq sahəsi, 25-i qeyri-yaşayış binası, 47-i qeyri-yaşayış sahəsi, 519-u mənzil, 55-i fərdi yaşayış evi, 193-ü bağ evi, 3-ü əmlak kompleksi kimi müəssisədir.
Hesabat dövründə hüquqların təkrar qeydiyyatı aparılmış daşınmaz əmlak obyektlərinin isə 228-i torpaq sahəsi, 20-i qeyri-yaşayış binası, 52-i qeyri-yaşayış sahəsi, 708-i mənzil, 99-u fərdi yaşayış evi, 36-ı bağ evi, 5-i əmlak kompleksi kimi müəssisələr təşkil edir.
Yanvar ayında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən 291 ipoteka müqaviləsinin dövlət qeydiyyatı aparılıb, 3 817 daşınmaz əmlakın texniki pasportu tərtib edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR