Bank Of Baku

Dünyanın ən kiçik noutbuku satışa çıxarılıb

Dünyanın ən kiçik noutbuku satışa çıxarılıb
# 27 fevral 2009 06:38 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Cənubi Koreyanın «UMID» şirkəti ən yüngül və kompakt «mbook M1» noutbuklarının satışına başlayıb. Çəkisi cəmi 315 qram olan yeni noutbuku 460 ABŞ dollarına almaq olar. «APA-Economics»in məlumatına görə, noutbukun sensorlu ekranının diaqonalı 4,8 düyüm, ölçüləri isə 158x94x19 mm-dir.
Qeyd edək ki, adətən sensorlu displeyi olan müasir noutbukların ölçüsü 1024x600 piksel olur. Displeyin yanında 1,3 meqapiksel ölçülü veb-kamera və dinamiklər yerləşdirilib. Standart komplektasiyada qurğu 1,1 QNz takt tezlikli «Intel Atom» prosessorla, genişləndirilmiş komplektasiyada 1,1 QNz tezlikli eyni ailəyə məxsus olan prosessorla təchiz edilib. Hər iki variant 1 GB əməliyyat yaddaşı və 8-32 GB həcmli fleş-yığıcıya malikdir. Kompüter «Bluetooth» və «WiBro» texnologiyaları ilə uyğunlaşır. Bundan başqa, o, quraşdırılmış mobil televiziya qəbuledicisinə malikdir, lakin 3G mobil rabitə şəbəkələrini dəstəkləmir.
Həmçinin, «mbook M1» noutbukunda «Microsoft Word», «Excel» və «PowerPoint» ofis sənədlərini açmağa və redaktə etməyə imkan yaradan «Windows XP» əməlıyyat sistemi və «Internet Explorer» veb-brauzeri tətbiq edilib. Avtonom iş vaxtı 6 saata yaxındır.
«UMID» şirkəti «mbook M1»-i «cib kompüteri» və ya «mobil internet-qurğusu» kimi təqdim edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR