Bank Of Baku

Azərbaycan Milli Bankı kanal tipli kondisionerin alınmasına dair tender keçirir

Azərbaycan Milli Bankı kanal tipli kondisionerin alınmasına dair tender keçirir
# 27 fevral 2009 07:35 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) kanal tipli kondisionerin alınması və quraşdırılmasına dair təkliflər sorğusu elan edib. Bu barədə «APA-Economics»ə AMB-dən məlumat verilib.
AMB-nin məlumatına görə, müsabiqədə iştirak haqqı 20 manat təşkil edir. Müsabiqədə iştirak etmək üçün iddiaçılar hüquqi statusu və dövlət qeydiyyatını təsdiq edən sənədlərin surəti, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədləri, VÖEN və bank rekvizitləri haqqında məlumatları təqdim etməlidir. Bundan başqa, sorğunun şərtlərinə görə, iddiaçılar öz fəaliyyət sahəsi üzrə iki il iş təcrübəsi və korporativ müştərilər barədə, eləcə də vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi barədə müvafiq məlumat verməlidir. Sadalanan sənədləri AMB-nin Satınalmalar Komissiyasına təqdim etməyən iddiaçıların təklifləri qiymətləndirmə zamanı nəzərə alınmayacaq.
Qeyd edək ki, iddiaçılar tərəfindən təklif olunan qiymət təklifləri malların qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərcləri nəzərə almalıdır. Sorğu üzrə təkliflər zərfləri martın 5-dək Milli Bankın inzibati binasında Satınalmalar Komissiyasının əlaqələndirici şəxsi tərəfindən qəbul ediləcək, təkliflər zərfləri isə mart 6-da açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR