Bank Of Baku

Azərbaycanın bölgələrində rəqəmli TV yayımının təşkili üçün iş aparılır

Azərbaycanın bölgələrində rəqəmli TV yayımının təşkili üçün iş aparılır
# 27 fevral 2009 07:44 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan ərazisində rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı çərçivəsində regionlarda rəqəmli TV yayımının təşkili ilə əlaqədar Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) tələblərinə uyğun ərazi-tezlik planı tərtib olunub və TV kanallar müəyyən edilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) «APA-Economics»ə verilən məlumata əsasən, hazırda Azərbaycanda 2012-ci ilə qədər rəqəmli TV yayımına keçidlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
İctimai, dövlət və özəl radio-televiziya proqramlarının peyk vasitəsilə yayımı artıq təmin olunub. Respublika ərazisində İTV proqramının əhali üzrə yayım əhatəsi hazırda 85%, AzTV-nin - 100%, özəl televiziya və radio proqramlarının yayımlarının əhatə dairəsi isə təxminən 75-80%-ə çatdırılıb. Ölkə ərazisində TV yayımının keyfiyyətini yüksəltmək məqsədilə Ağsu rayonunda yeni radio-televiziya yayım kompleksi istismara verilib.
«Azərbaycan Respublikasında televiziya yayımının genişləndirilməsi və efir məkanında informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə dair əlavə tədbirlər haqqında» ölkə prezidentinin sərəncamına əsasən, 2,5 mln. manat məbləğində vəsait ayrılıb. Sərəncam əsasında respublika ərazisində televiziya proqramlarının yayımını gücləndirmək və efir məkanına xarici ölkə TV kanallarının müdaxiləsinin qarşısını almaq məqsədilə RİTN tərəfindən Bakıda 3, Naxçıvan MR-da 5, Qəbələdə 1, Qobustanda 2, Göyçayda 1, Lerikdə 2 və Füzulidə 2 ədəd müxtəlif güclü televiziya vericiləri quraşdırılıb.
Naxçıvan MR-nın ərazisində yerli kanallar istisna olmaqla, digər radio və TV proqramlarının peyk vasitəsilə qəbulu üçün bütün stansiyalarda qəbuledici qurğular qoyulub. Həmçinin, muxtar respublikanın ərazisində proqramların yayımının texniki cəhətdən modernləşdirilməsi ilə bağlı yeni ötürücü stansiyalar quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR