Bank Of Baku

«AzEuroTel» gələn il SIP standartının tətbiqinə başlayacaq

«AzEuroTel» gələn il SIP standartının tətbiqinə başlayacaq
# 27 fevral 2009 09:26 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «AzEuroTel» Azərbaycan-Britaniya Birgə Müəssisəsi 2010-cu ildə SIP (Session Initiation Protocol) standartını tətbiq etmək niyyətindədir.
«Azeurotel» şirkətinin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, SIP - multimedia konfrans protokoludur və IETF (Internet Engineering Task Force) standartlarına aiddir və səsli, video rabitə və məlumat ötürmə xidmətlərini göstərməyə imkan verir. Bu standart ən müasir telefoniya növü olan SİP-telefoniya xidmətlərini göstərmək üçün imkan yaradır. SİP yeni nəsil şəbəkəsinin (NGN) tərkib hissəsidir və bu xidmətdən istifadə etmək üçün ənənəvi telefon aparatlarına oxşayan İP-telefon və ya adi telefonu, faks, ATS qoşmaq üçün İP-şlüz alınmalıdır. Əlavə servislərlə kompleksdə bu xidmət korporativ şəbəkə yaratmağa və digər şəhərlərarası və beynəlxalq danışıqlarda qənaət etməyə imkan verir.
Bu xidmətin istifadəçilərinə ənənəvi telefoniya xidmətləri ilə müqayisədə bir sıra üstünlüklər verilir:
Digər SİP telefon sahibləri ilə pulsuz danışıq;
Çıxış zənglərinin digər regionlarda yerləşən mobil və ya adi telefon sahibləri üçün sərfəli İP-telefoniya tarifləri ilə translyasiyası;
Virtual SİP-ATS-lərin təşkili və s.

Beynəlxalq ekspertlərin proqnozlarına əsasən, yaxın illərdə SİP-telefoniyaya maraq artacaq və bu artımın tempi İP-telefoniya üzrə artım tempini üstələyəcək. Bununla yanaşı, qeyd etmək lazımdır ki, SİP-protokola maraq 2006-cı ildən etibarən başlayıb və buna görə bir sıra kommunikasiya şirkəti bu protokolu istifadə edən avadanlığın istehsalına başlayıb.
Xatırladaq ki, «AzEuroTel» Birgə Müəssisəsi 1995-ci ildə Azərbaycan Rabitə Nazirliyi (50%) və Böyük Britaniyanın «LUKoil Europe Ltd.» şirkəti (50%) tərəfindən yaradılıb. Şirkət Britaniyanın «GRT Ltd.» şirkətinin «System X» texnologiyası əsasında qurulan müasir rəqəmli 492/497/437 ATS-lərin operatorudur. Şirkət Azərbaycanda ilk dəfə İP-telefoniya, «Triple Play» və «WiMAX» xidmətlərini tətbiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR